Kripto valyutalarla bağlı son xəbərdarlıqlara yenisi əlavə edilib.
İngiltərə Bankının rəhbəri Andrew Bailey, investorlara "Bütün pulunuzu itirməyə hazırsınızsa, kriptovalyutalara yatırım edin" deyə bildirib.
Kriptovalyuta bazarına investorların marağı yüksək səviyyədə olsa da, bu bazarla bağlı xəbərdarlıqlar davam edir.
Son xəbərdarlıq İngilis bank rəhbəri Andrew Bailey-dən gəlib."Bütün pulunuzu itirməyə hazırsınızsa, kriptovalyutalara investisiya qoyun" deyə qeyd edib Bailey mətbuat konfransında. "Mənim üçün kripto və valyuta bir araya gəlməyəcək iki sözdür. Bu kriptovalyutaların real dəyəri yoxdur" deyə bankir xəbərdarlıq edib.
Müəllif:Aynur Qəniyeva