BİRJA

07 May

AFBİA-nın video formatda ümumi yığıncağı keçirilib

Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) video formatda Ümumi Yığıncağı keçirilib

Fins.az xəbər verir ki, bu barədə iclasda, qanunvericiliyə ölkənin qiymətli kağızlar bazarının inkişafına təkan verə biləcək  dəyişikliklər ilə bağlı təkliflər, təkrar bazarda keçirilən əqdlər üzrə hesablaşmalar, AFBİA-nın ekspert qruplarının yaradılması və digər cari məsələlər müzakirə edilib.Görüş zamanı gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılmış və yekun olaraq müvafiq qərarlar qəbul edilib. 

Yığıncaqda investisiya şirkətlərinin, Bakı Fond Birjasının və Milli Depozit Mərkəzinin nümayəndələri iştirak edib. 

Müəllif:Aynur Qəniyeva