BİRJA

07 May

İlon Maskdan kriptovalyuta ilə bağlı XƏBƏRDARLIQ

Elon Musk, kriptovalyutaların ümidverici olduğunu, ancaq diqqətlə investisiya edilməli olduğunu bildirib.
Twitter-də paylaşdığı fikirlərində Elon Musk, "Kripto valyutaları ümid vericidir, ancaq xahiş edirəm diqqətlə investisiya qoyun" deyə qeyd edib. 

Həftənin əvvəlində yazdığı fikirlərdə, 8 Mayda qonaq olacağı Saturday Night Live şousuna işarə edərək "Dogefather" i vurğulayıb. Musk-un bu proqramda nə elan edəcəyi maraqlıdır.

Son 7 gündə  87,1% artan Dogecoin, sabah proqramdan əvvəl bu gün 8% azalma ilə başlayıb.