ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) "Ripple"-a qarşı qaldırdığı məhkəmə iddiası çərçivəsində yaşanan proseslərə paralel olaraq, bu gün XRP qiymətində də yuxarı istiqamətdə hərəkətliliyin olduğu görülür.
Bazar həcminə görə beşinci böyük kriptovalyuta olan XRP, cümə axşamı günün erkən saatlarında 1.70$-a kimi bahalaşsa da, ancaq burada müqavimətlə qarşılaşaraq 1.60$ hədlərinə geri çəkildi.