Amerikanın Dow Jones Industrial Average indeksi Çərşənbə günü birja ticarətinin bağlanması ilə rekord həddə çatıb.
Fins.az xəbər verir ki, Nyu York Fond Birjasının veb saytında yerləşdirilən məlumatlara görə, Dow Jones 97,31 bənd (0,29%) bahalaşaraq 34230,34 bənd səviyyəsində qərarlaşıb. Əvvəlki rekord, Dow Jones-un 34200,67 bəndə yüksəldiyi 16 apreldəki ticarətin bağlanışında qeydə alınmışdı.
Çərşənbə günü SP 500 indeksi 2.93 bənd (% 0.07) artıb və 4167,59 bənd civarında olub.
Nasdaq indeksi 51,07 bənd (0.37%) azalaraq 13582,43 bəndə düşüb.
Analitiklərə görə, səhmlər qlobal iqtisadiyyatda güclü bir canlanma fonunda bahalaşır. Avropa ölkələrində proqnozlaşdırılan iqtisadi bərpa Amerika şirkətlərinin səhmlərinin artmasında əlavə bir amildir.