BİRJA

05 May

Bakı Fond Birjasında ticarət həcmi ARTIB

Bakı Fond Birjasında 2021-ci ilin yanvar-aprel ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi  5 milyard 773 milyon 457 min 860  manat təşkil edib.

Birjadan Fins.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət həcmində 92%, ilkin bazar üzrə ticarət həcmində 158%, dövlət qiymətli kağızlar bazarı üzrə ticarət həcmində 141%, repo əməliyyatlarında isə 247% qarıt qeydə alınıb.

2021-ci ilin aprel ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası ilin əvvəlinə nisbətən 9% artaraq  4 milyard 221 milyon 379 min 674 manat təşkil etmişdir.