Həftənin üçüncü iş günü Asiya bazarlarında nisbətən müsbət dinamika ilə başlayıb.
Fins.az xəbər verir ki, Avstraliyanın SP ASX 200 indeksi 0,7% artaraq, 7117,60-da qərarlaşıb. Enerji və materialların qiymətində müvafiq olaraq 0,9% və 1,2% artım qeydə alınıb. Tayvanın Taiex birjası 0,36%, Honkonqun Hang Seng indeksi 0,09% yüksəlib. Sinqapurun Strait Times indeksində əksinə, 0,82% azalma baş verib. Şəhər-dövlət ötən gün koronavirusa yeni yoluxma hallarının aşkarlanmasından sonra sosial məhdudlaşdırma tədbirlərinin sərtləşdiriləcəyini bildirib.
Çində Zəhmətkeşlər bayramı, Yaponiya və Cənubi Koreyada isə Uşaqlar günü ilə əlaqədar bayram tətili səbəbindən birjalar hələlik qısa müddətdə bağlıdır.
Asiya bazarlarındalı bu nisbi hərəkətlilik ABŞ birjalarındakı qəfil enişin fonunda baş verib. ABŞ maliyyə naziri Janet Yellenin faiz dərəcələrinin bir qədər artırılmasının zəruri olduu barədə açıqlamasının ardınca texnologiya şirkətlərinin səhmləri aprel ayına nisbətən 4% ucuzlaşıb. Wall Street-də texnoloji səhmlərə əsaslanan Nasdaq Composite indeksi 1,9%, SP500 0,7% dəyər itirib. Apple-ın səhmləri ötən ilin oktyabrından bəri ilk dəfə ən böyük enişini yaşayıb - 3,5%. Facebook, Google-un ana şirkəti Alphabet və Intel-in səhmləri də ucuzlaşıb.