Sotheby's hərrac evi auksiondan rəsm əsərinin ilk dəfə kriptovalyuta ilə də alına bilinəcəyini açıqlayıb.
Fins.az xəbər verir ki, İngilis sənətçi Banksinin "Love is in the Air" adlı əsəri Nyu-Yorkdakı Sotheby's auksionunda satışa çıxarılacaq. Çərşənbə axşamı auksion evinin saytında bildirilib ki, ilk dəfə bir sənət əsəri kriptovalyuta ilə satın alına bilər.
12 may tarixində keçiriləcək hərracda ən yüksək təklifi verməyi bacaran şəxs Bitcoin və ya Ethereum ilə ödəniş edə biləcək. Bununla yanaşı, təkliflər yenə də dollar ifadəsində yerləşdirilməlidir.