BİRJA

05 May

Azərbaycanda 5 il müddəti olan - Dövlət İstiqrazı Buraxılır – ŞƏRTLƏR

Maliyyə Nazirliyi ölkədə yeni 5 illik dövlət istiqrazı buraxmağa hazırlaşır. Fed.az xəbər verir ki, mayın 8-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.

Hərracda ümumilikdə 10 milyon manatıq istiqraz satılacaq. İstiqrazlar 1816 günlük, yəni təqribən 5 illik dövriyyə müddətinə malikdir və 2026-cı ilin 28 aprelinədək qüvvədə olacaq. Qiymətli kağızların ilkin illik gəlirliyi 8,5% nəzərdə tutulub.

Faizlər 6 aydan bir olmaqla hər il noyabrın və mayın əvvəlində ödəniləcək, ümumilikdə 10 dəfə faiz ödənişi olacaq.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı kimidir:

Dövlət istiqrazının növü

Faizli, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0108015881

Emissiya həcmi

10 000 000 manat

Nominal dəyəri

100 manat

İstiqrazların tədavül müddəti

1816  gün

Faiz ödənişləri (olduqda)

2 noyabr  2021-ci il,  3 may 2022-ci il,       1 noyabr  2022-ci il,  2 may 2023-cü il,  

31 oktyabr 2023-cü il, 30 aprel 2024-cü il,

29 oktyabr  2024-cü il, 29 aprel 2025-ci il,

28 oktyabr 2025-ci il,  28 aprel  2026-ci il,

Faiz gəliri

8.5 %

Ödəmə tarixi

28.04.2026

Anderrayter

                 “PAŞA Kapital İŞ” QSC

    

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.