BİRJA

04 May

Brent nefti rekord həddə BAHALAŞDI-Son Qiymət

Brent markalı xam neftin qiyməti martın 15-dən bəri ilk dəfə 69 dolları keçib.

Fins.az xəbər verir ki, London ICE birjasında Brent markalı xam neftin 2021-ci il iyul fyuçersi müqaviləsinin dəyəri bir barel üçün 69,04 dollara (+ 2,19%) çatıb.

Sonuncu dəfə Brent neftin qiyməti bu ilin mart ayının 15-də 69 dollar/bareldən yuxarı idi.

Bakı vaxtı ilə saat 16:00-da Brent neftinin bir bareli 68,88 dollara (+ 1,95%) isatılıb. WTI markalı xam neft 1,85% bahalaşaraq 65,6 dollar/barelə çatıb.