8 may 2021-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10 milyon manatlıq Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
Dövlət istiqrazının növü |
Diskontlu, qısamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu |
AZ0104005878 |
Emissiya həcmi |
10 000 000 manat |
Nominal dəyəri |
100 manat |
İstiqrazların tədavül müddəti |
360 gün |
Ödəmə tarixi |
03.05.2022 |
Anderrayter |
Paşa Kapital İŞ QSC |
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.