BİRJA

03 May

Bitkoin yenidən bahalaşdı -Hər an bahalaşan koinlər

Dünyanın kriptovalyuta bazarında yeni qiymət artımı başlayıb.

Fins.az  xəbər verir ki, aprelin 20-dən sonra başlayan durğunluq və qiymətlərin enməsindən sonra ötən həftədən artımlar yenidən bərpa olunub. 

Artıq bəzi koinlərin, hətta ciddi və indiyədək çox bahalaşmayanların da qiymətlərində 20-30%, bəzən hətta 30-40%-lik artım müşahidə edilir.

Belə ki, bitkoin son sutkada 2%, son bir həftədə isə 11% bahalaşaraq 58 min dolları keçib.

Ethereum son bir sutkada 4,6%, son bir həftədə isə 24,4% bahalaşaraq 3 min dolları keçib, yeri gəlmişkən, bu rekord məbləğdir.

Binance Coin son sutkada 3%, son bir həftədə 18% bahalaşaraq 627 dollar həddini vurub.

Kriptovalyuta həvəskarlarının sevimli koini olan Ripple (XRP) isə son sutkada cəmi 2% bahalaşsa da, son həftəlik qiymət artımı 42% keçərək 161 dollar təşkil edib.

İlon Maskın sevimli koini Dogecoin isə son bir həftədə ümumiyyətlə 45% bahalaşaraq itirilən mövqelərini az qala tamamilə bərpa edib – 38,3 sent.

Ümumiyyətlə kriptovalyuta bazarında ən böyük çəkiyə malik olan 100 koindən 92-si bahalaşıb, cəmi 8 koin ucuzlaşıb.

Həftəlik periodda da təxminən eyni vəziyyətdir. Yeri gəlmişkən, son bir həətədə ən çox bahalaşan

BakeryToken (BAKE) olub – 457%!. Belə ki, bir həftə əvvəl 1,34 dollar olan BakeryToken (BAKE) hazırda 7,34 dollardır.