Ethereum son 10 gündə 30%-dən çox bahalaşaraq qiyməti 3 min dollar səviyyəsini də keçib.
Fins.az xəbər verir ki, bazar ertəsi günü səhər saatlarında 3 min 54 dollardan ticarət olunub.
Ən böyük kriptovalyuta olan Bitcoin-in dominatlığı 2021-ci ilin əvvəlində 70% ətrafındaykən, hazırda 2,3 trilyon dollar dəyər ilə 46% səviyyəsindədir. Ethereum-un dominatlığı isə artaraq 15%-ə çatmışdır.
2021-ci ilə 729 dollar ətrafında başlayan Ether, ilin vvəlindən bu yana 312% dəyər qazaraq dəyəri 4 dəfə artıb.
Bitcoin 57 min 900 dollar ətrafında ticarət olunub, Litecoin 273 dollar səviyyəsindədir. Bloomberg Galaxy Kriptovalyuta İndeksi isə bazar ertəsi günü 5%-dən çox yüksəlib.