BİRJA

30 Aprel

“CPM-İnvest İnvestisiya Şirkəti” MDM-in üzvlüyünə qəbul edilib

21 aprel 2021-ci il tarixində “CMP-İnvest İnvestisiya Şirkəti” QSC Milli Depozit Mərkəzinin üzvlüyünə qəbul edilib.

Fins.az xəbər verir ki, məlumat üçün bildiririk ki, “CMP-İnvest İnvestisiya Şirkəti” QSC-yə  Azərbaycan Respublikasının  Mərkəzi Bankı tərəfindən 15 aprel 2021-ci il tarixində müvafiq lisenziya verilmişdir. Yeni üzvün nizamnamə kapitalı 400 min manat təşkil edir.

Bununla da,  Milli Depozit Mərkəzinin üzvü olan investisiya şirkətlərinin sayı 11 çatıb.