BİRJA

29 Aprel

Azərbaycanda şirkət səhmlərini dövriyyədən çıxarıb – ÖZÜNÜ LƏĞV EDİR

«GLOBAL ENGINEERING» QSC qiymətli kağızlarının dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında məlumat yayıb.

Fins.az xəbər verir ki, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi, 6-cı korpus, Giriş C, ev 80, mənzil 6-də yerləşən «GLOBAL ENGINEERING» QSC (VÖEN- 2004955261) səhmlərini dövriyyədən çıxarır.

Buna səbəb cəmiyyətin özünün ləğv edilməsidir.

Qeyd edək ki, «GLOBAL ENGINEERING»in səhmləri AZ1001021752 kodu ilə qeydiyyatdan keçirilmişdi, sənədsiz, adi, adlı səhm idi. Ümumilikdə şirkətin 100 səhmi, hər birinin qiyməti 20 manat olub.

Qiymətli kağızların geri ödənilməsi şərtləri (qiymətli kağızların geri satın alınma dəyəri, ödənilməsi qaydası, və s.) – yeganə olan səhmdara nağd şəkildə və yaxud göstərdiyi bank hesabına köçürülməklə geri ödəniləcəkdir.