Aprelin 27-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106013888 ISIN-li, 30 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 96 min AZN (9.0523 faiz) və 100.5302 AZN (7.3 faiz) olan 34 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98.9498 AZN (7.9 faiz), orta ölçülmüş qiyməti 99.0202 AZN (7.873 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 148 milyon 619 min 800 manat, yerləşdirilmiş həcmi isə 45 milyon manat olub. İstiqrazlar 2024-cü il aprelin 23-də ödəniləcək. Hərrac iştirakçıları aprelin 28-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.