Ticarət mərkəzlərindən alınan məlumatlara görə, mis qiymətləri Çilidən bu sənaye metalının tədarükü ilə bağlı narahatlıqlarla əlaqədar olaraq ikinci gün çərşənbə axşamı bahalaşıb.
Fins.az xəbər verir ki, “Comex” birjasında misin iyul fyuçerlərinin dəyəri 0.5% artaraq bir funt üçün 4.47 dollara (təxminən 0.45 kiloqram) çatıb. Bazar ertəsi günü bu rəqəm 2.41% artaraq və 2011-ci ilin zirvəsinə çatmışdı.
Treyderlər dünya mis tədarükünün dörddə birini təşkil edən Çilidəki vəziyyətdən narahatdırlar. Çilidəki liman işçiləri, Prezident Sebastyan Pinyeranın insanların pensiya hesablarından erkən çəkilmələrin üçüncü turunu keçirməsinə icazə verən bir qanun layihəsini bloklamaq qərarına cavab olaraq tətilə başlayıblar. İnvestorlar tətilin Çilidən dünya bazarlarına mis tədarükünə təsir edəcəyindən qorxurlar.
Dünyanın ən böyük metal istehlakçısı olan Çin statistikası da, bazar əhval-ruhiyyəsinə müəyyən dərəcədə təsir göstərir. Statistikaya görə, bu ilin birinci rübündə ÇXR tərəfindən işlənməmiş mis idxalı 2020-ci ilin eyni dövrünə nisbətən 11.7%, filiz və konsentrat idxalı isə 7.7% artmışdır.