BİRJA

27 Aprel

Qızıl FED toplantısı fonunda bahalaşır

Bazar ertəsi günü qızıl fyuçersləri cümə gününün itkilərinin yarısından çoxunu bərpa edərək biraz yüksəlib, treyderlər ABŞ Federal Ehtiyat Sisteminin (FED) çərşənbə günü sona çatacaq iki günlük iclasını gözləyirdilər.

Qızıl qitmətləri ABŞ Prezidenti Co Baydenin çərşənbə günü planlaşdırılan Konqresdəki nitqindən və bu ilin 1-ci rübü üçün gözlənilən ABŞ ÜDM məlumatlarından da təsirlənə bilər ki, bu da qızılla "rəqib" olan dollara təsir edə bilər. Bu barədə “SIA Wealth Management” şirkətinin baş bazar strateqi Kolin Tseşinki deyib. 

“COMEX”-də qızılın iyun fyuçersləri 0.1% əlavə edərək 1780.10$-a yaxınlaşıb. Cümə günü qiymətlər təxminən 0.2% azalma ilə qalmışdı.

Bu arada gümüşün may fyuçersləri 0.5% artaraq unsiyası 26.21$-a çatıb.

Bazar iştirakçıları ABŞ mərkəzi bankının pul siyasətini dəyişdirməyəcəyini gözləyirlər. Fed İdarə Heyətinin sədri Cerom Povel, iqtisadi göstəricilərin yaxşılaşmasına və inflyasiya gözləntilərinin artmasına baxmayaraq faiz dərəcələrinin 2022-ci ilə qədər yüksəlmə ehtimalı olmadığını təkrarlayacaq.

Povel iclasdan sonrakı mətbuat konfransında yenidən inflyasiyadakı sürətlənmənin əhəmiyyətini azaltsa, qızıl bahalaşa bilər. Belə bir açıqlama Fed-in iqtisadiyyatın “istiləşməsinə” icazə verməyə hazır olmasını və faiz dərəcəsidə artımların inflyasiyadan geri qala biləcəyi riski ilə bağlı ehtimalları təsdiqləyə bilər. Bu fikirləri “Commerzbank” analitiki Karsten Fritş səsləndirib.