BİRJA

27 Aprel

" JTC" neft tələbi proqnozunu dəyişmədi

"Reuters" agentliyi xəbər verdi ki, bazar ertəsi günü keçirilən iclasdan sonra "OPEC +" Birgə Texniki Komitə (JTC) qlobal neft tələbində artım proqnozunu dəyişməz olaraq saxlamağı qərara alıb. 

Bununla yanaşı, "JTC" Hindistan, Braziliya və Yaponiyada artan koronavirus infeksiyalarının potensial mənfi təsirlərindən də narahat olduqları vurğulanıb. 

Qeyd etmək lazımdır ki, "WTI" neftinin qiyməti xəbər açıqlanan vaxtdan 1$ bahalaşaraq, hazırda bir barreli 62.40$-a ticarət olunur.