BİRJA

26 Aprel

Yeni yaradılan investisiya şirkətinin rəhbərindən EKSKLUZİV AÇIQLAMA

Yerli və xarici bazarlarda əməliyyatların aparılması nəzərdə tutulur.

Bunu Fins.az-a açıqlamasında “CPM-İnvest İnvestisiya Şirkəti” QSC-nin rəhbəri Nəriman Hadıyev deyib. 

O investisiya şirkətinin yaradılmasının əsas məqsədlərini açıqlayaq bildirib ki, bildiyiniz kimi son zamanlar ölkənin maliyyə bazarlarında baş verən hadisələr, Bank sektorundan əlavə Qiymətli Kağızlar bazarının inkişafına şərait yaradıb, əhalidə ənənəvi bank xidmətləri ilə yanaşı qiymətli kağızlara olan maraq da kifayət qədər artıb. Şirkətin yaradılmasına sövq edən ən vacib amillərdən biri Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə tərtib edilmiş Strateji Yol Xəritəsində Qiymətli kağızlar bazarına xüsusi yer ayırmasıdır. 

Nəriman Hadıyev müştərilərə xidmət şərtləri ilə bağlı " İnvestisiya şirkətinin əsas məqsədi ölkəmizdə qeyri neft sektorunun inkişafına töhvə vermək, bunun üçün peşəkar əməkdaşları cəlb edərək güclü komanda qurmaq, bu komandanın və müştərilərimizin işini və həyata keçiriləcək xidmətlərin düzgün və sürətli təmini üçün müasir texniki platformaların və proqram təminatlarından istifadə etməklə müştərilərə keyfiyyətli xidmətlər göstərməkdir. Müştərilərimizin maraqları, məmnuniyyəti və ölkə iqtisadiyyatına töhvə Cəmiyyətimiz üçün ən böyük və qiymətli dəyərdir." deyə qeyd edib. 

Yeni yaradılan investisiya şirkətinin rəhbəri şirkətin hansı xidmətləri göstərəcəyinə aydınlıq gətirərək vurğulayıb ki,qiymətli kağızlar haqqında qanun və digər aidiyyati normativ aktlar əsasında “CPM-İnvest İnvestisiya Şirkəti” QSC əsas və yardımçı investisiya xidmətləri göstərilməsini planlaşdırır. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi çərçivəsində yerli və xarici bazarlarda əməliyyatların aparılması nəzərdə tutulur.

Müəllif:Aynur Qəniyeva