Ortaya çıxan yeni və müsbət proselər fonunda bazar dəyəri baxımından bitkoindən sonra ən böyük kriptovalyuta olan etereumun artım tendensiyasını sürətləndirdiyi görülür. Kanadadan gələn vacib addımlar ETH-ın bahalaşmasına təkan verdi.
Ötən həftənin sonundan başlanan eniş tendensiyasının yerini artım trendinə verdiyi müşahidə edilir. Etereum da həm müsbət xəbərlərin təsiri ilə həm də birjadakı ümumi tendensiyaya uyğun olaraq bahalaşmağa başlayıb.
Yaşanan korreksiya zamanı 1900 dollara kimi ucuzlaşan ETH hazırda 2267 dollar hədlərində ticarət edilir.
Əgər etereum 2342 dollar həddinin üzərində möhkəmlənə bilsə, qarşısına çıxacaq növbəti müqavimət hədləri kimi 2400 dollar və 2484 dollar səviyyələri çıxış edir. Analitiklərin fikrinə görə sonuncu hədd qırılacağı təqdirdə artım tendensiyası 3000 dollar həddinə kimi davam edə və etereumdan yeni rekordlar gələ bilər.