19 aprel 2021-ci il tarixində nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi isə 5% olan SOCAR istiqrazlarının cari il üzrə 2-ci faiz ödənişləri həyata keçirilib.
Fins.az Xəbər verir ki,ödənişlərin ümumi məbləği 1 milyon 250 min dollar təşkil etmişdir.
Qeyd edək ki, 2016-ci ildə SOCAR tərəfindən buraxılan istiqrazların ödənişləri üzrə ödəniş agenti qismində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi çıxış edir.