15-16 aprel 2021-ci il tarixlərində regional tərəfdaşlığın inkişafı və təcrübə mübadiləsi çərçivəsində Milli Depozit Mərkəzi (NDC), Cənubi Koreyanın Mərkəzi Depozitarı (KSD), Rusiya Hesablaşma Depozitarı (NSD) və Şanxay Klirinq Evinin (SHCH) arasında onlayn formatda trans-regional seminar keçirilib
Fins.az xəbər verir ki, 20-yə yaxın əməkdaşın iştirakı ilə keçirilən seminardayeni xidmətlər, gələcək strategiyalar və planlar üzrə təqdimatlar keçirilmişdir. Eyni zamanda,MDM tərəfindən əsas və əlavə dəyər yaradan xidmətlər, transsərhəd xidmətləri və fəaliyyətlə bağlı son yeniliklər haqqında məlumatları əks etdirən təqdimat həmkarların diqqətinə çatdırılmışdır. Daha sonra müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Seminarın ikinci hissəsindəiştirakçı ölkələrin mədəniyyətinin, ənənə və mənəvi dəyərlərinin bir-birinə daha yaxından tanıdılması məqsədilə hər bir ölkənin müvafiq şəkildə təqdimatı və qısa videolar təqdim edilmişdir.
Qeyd edək ki, görüş zamanı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində gələcəkdə növbəti işgüzar seminarların keçirilməsi qərarı alınıb

