Bu ilin mart ayının nəticələrinə görə, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 67,25 ABŞ dollarına bərabər olub ki, bu da fevral ayının orta qiyməti ilə müqayisədə 4,51 dollar və ya 7,2% çoxdur.
Fins.az xəbər verir ki, mart ayında ən yüksək göstərici (martın 12-si) – 69,84 dollar təşkil edib, ən minimal göstərici isə (martın 25-i) 61,31 dollar səviyyəsində olub. Ötən ay ərzində Azərbaycan neftinin qiyməti 2,1% və ya 1,41 dollar azalıb.
Müəllif:Aynur Qəniyeva