Süveyş kanalındakı "Ever Given" yük gəmisinin etdiyi qaza neft qiymətlərinin çox yüksəlməsinə səbəb olmadı.
Fins.az xəbər verir ki, Bloomberg-in müxbiri Julian Lee-yə görə, qəzanın neft qiymətlərinə gözləniləndən daha az təsir etməsi dünyada anbarlarda yüksək neft ehtyatlarının olması və Süveyş kanalının neft nəqlində əhəmiyyətinin azalmasıdır.
"Süveyş Kanalındakı qəza neft qiymətlərini niyə çox təsir etmədi?" sualına cavab verən Lee, bunun bir neçə səbəbi olduğunu söyləyib. Pandemiya dövründə həm xam, həm də emal neftdə çox neft ehtiyatı yığılmasının birinci səbəb olduğunu qeyd Lee, Süveyş kanalının neft nəqlində keçmiş ilə müqayisədə əhəmiyyətinin azalmasının ikinci bir səbəb olaraq göstərilə biləcəyini ifadə edib. 20 il əvvəl kanaldan 4 milyon barel neft keçdiyi məlumatını verən Lee, indi bu miqdarın 1 milyon bareldən aşağı düşdüyünü söyləyib.
Bakı vaxtı ilə saat 08:30-da Brent nefti 1,7% ucuzlaşma ilə 63,49 dollardan ticarət edilib.
Bloomberg-in yaydığı məlumata görə, Süveyş kanalının dayaz yerdə ilişib qalmış “Ever Given” konteyner gəmisi sayadan çıxarılıb.