Qızıl investorları çərşənbə günü keçiriləcək ABŞ Mərkəzi Bankının (Fed) toplantısına fokuslanıblar.
Fins.az xəbər verir ki, qızıl, inflyasiyanın artacağı narahatlıqları ilə ötən həftə bir qədər bahalaşıb.
ABŞ-ın Xəzinə naziri Janet Yellen, Joe Biden hökumətinin iqtisadiyyata 1,9 trilyon dollarlıq pandemiya köməyi təmin etdiyi bir dövrdə ABŞ-ın inflyasiya risklərinin idarə oluna bilinəcəyini, tam məşğulluğa qayıdışın isə üfüqdə göründüyünü söyləyib.
Qızıl, ardıcıl üç həftə ucuzlaşdıqdan sonra keçən həftə 1,55% bahalaşdır.
Ötən həftənin əvvəlində 1680 dollar səviyyəsinə qədər geriləyən unsiya qızıl bu gün Bakı vaxtı ilə saat 10:50-də 1726 dollar ətrafında ticarət olunub.
Fed növbəti faiz qərarını 17 Mart Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaqdır.