2020-ci il ərzində Azərbaycanda 12,2 milyard manat məbləğində investisiya qiymətli kağızlarının dövlət qeydiyyatı həyata keçirilib.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bunun 1,291 milyard manatı (11%-i) 41 korporativ istiqrazların buraxılışının, 0,766 milyard manatı (6%-i) 119 səhm buraxılışının, 10,115 milyard manatı (83%-i) isə dövlət qiymətli kağızlarının buraxılışının payına düşür.
Dövlət qiymətli kağızlarının 7,19 milyard manatı AMB-nin qısamüddətli notlarının buraxılışının, 2,925 milyard manatı isə dövlət istiqrazlarının buraxılışının qeydiyyatı ilə əlaqədar olub
(c)report