BİRJA

12 phrase_var_core.march

“Listinqlə bağlı yeniliklər və fond birjasında listinqin üstünlükləri” mövzusunda videokonfrans

30 mart 2021-ci il tarixində saat 15:00-da Azərbaycan Respublikasının Mərkəzi Bankı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə kiçik və orta biznes (KOB) subyektləri üçün “Listinqlə bağlı yeniliklər və fond birjasında listinqin üstünlükləri” mövzusunda videokonfrans keçiriləcək.

Fins.az xəbər verir ki, tədbirin təşkilində məqsəd sahibkarlara kapital bazarından maliyyələşmənin və fond birjasında listinqin üstünlükləri barədə məlumatın verilməsi, KOB-ların fond birjası vasitəsi ilə qiymətli kağız buraxılışının təşviq edilməsi, o cümlədən listinqlə bağlı yeniliklərin biznes ictimaiyyətinə çatdırılmasıdır. Videokonfransda Mərkəzi Bankın, Bakı Fond Birjasının və investisiya şirkətlərinin ekspertləri tərəfindən kapital bazarı haqqında ümumi məlumat veriləcək, eyni zamanda kapital bazarından maliyyə cəlb edilməsinin üsulları, 2020-ci ildə listinqin stimullaşdırılması üçün həyata keçirilmiş tədbirlər, listinqə müraciət edən şirkətlər üçün nəzərdə tutulan güzəştlər, Listinq Məsləhət Proqramı çərçivəsində emitentlər üçün təqdim olunan xidmətlər haqqında təqdimat formatında məlumat veriləcək.

Qeyd edək ki, Bakı Fond Birjası kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin və fond birjasında listinqin təşviq edilməsi istiqamətində davamlı olaraq maarifləndirici tədbirlər təşkil edir.