BİRJA

11 phrase_var_core.march

“Roblox” oyun platforması $41.9 mlrd. qiymətləndirmə ilə birjaya çıxdı

Amerikanın “Roblox” oyun platforması 41.9 milyard dollar qiymətləndirmə ilə birjaya çıxıb.

Qeyd edək ki, şirkət bunu IPO deyil, birbaşa listinq yolu ilə edib.

2019-cu ilin iyulunda investorlar “Roblox”u 2.5 milyard dollar, 2020-ci ilin fevralında isə 4 milyard dollar dəyərində qiymətləndirib.

Şirkət 2020-ci ilin noyabrında IPO üçün müraciət göndərib və Nyu-York fond birjasında “RBLX” tikeri altında 1 milyard dollarlıq səhm yerləşdirməyi planlaşdırıb.

“Roblox” – virtual dünyalar və oyunlar yaratmağa imkan verən platformadır. Platformanın beta-versiyası 2004-cü ildə Devid Bashutski və Erik Kassel tərəfindən tərtib edilib.

“Roblox” xalq arasında “ikinci Minecraft” və “oyun dünyasının YouTube-u” adlandırılır. Onun auditoriyası əsasən uşaqlar və yeniyetmələrdir.

© Banker