BİRJA

10 phrase_var_core.march

Notların yerləşdirilməsi üzrə hərrac keçirilib - NƏTİCƏSİ

10 mart 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50101289S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

Fins.az xəbər verir ki,hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 99.5167 (6.24%) və  99.5543  (5.76%) olan 17 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 501 milyon 697 min manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5543 (5.76%), orta ölçülmüş qiyməti isə 99.5543  (5.76%)  müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 07.04.2021-ci ildir.