BİRJA

09 phrase_var_core.march

Bakı Fond Birjasında gender bərabərliyinə həsr edilmiş açılış zəngi keçirilib

2020-ci ildə Bakı Fond Birjası BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu (UN SSE) və Dünya Birjalar Federasiyası (WFE) ilə əməkdaşlığa başlayıb

Fins.az xəbər verir ki, bu əməkdaşlığın nəticəsi olaraq, 9 mart 2021-ci il tarixində Bakı Fond Birjası təşkilatçılığı ilə videokonfrans formatında “Gender Bərabərliyi üçün Açılış Zəngi” tədbiri keçirilmişdir.

Tədbirdə BMT-nin İnkişaf Proqramı ekspertləri tərəfindən gender bərabərliyi və dayanıqlı inkişaf prinsipləri ilə bağlı təqdimat keçirilmişdir.

Qeyd edək ki, hər il BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu və Dünya Birjalar Federasiyası mart ayının ilk həftəsində üzvləri olan birjalar ilə birlikdə “Gender Bərabərliyi üçün Açılış Zəngi” tədbiri həyata keçirdirlər. Bu il dünya üzərində 107 fond birjası tərəfindən “Gender Bərabərliyi üçün Açılış Zəngi” tədbiri həyata keçirilmiş və  Bakı Fonda Birjası da ilk dəfə olaraq bu tədbirə qoşulmuşdur.