Hazırda ölkəmizdə həvəskar maynerlər kifayət qədərdir və həcmi az olsa da ev şəraitində mini mayninq fermalar qurmaqla kriptovalyuta “istehsal” edirlər.
Bunu fins.az-a açıqlamasında “Blockchain Azərbaycan Mərkəzi”-nin həmtəsisçisi, Crypto Consulting şirkətinin rəhbəri Elnur Quliyev deyib.
O bildirib ki, mayninqə maraq hər zaman olub lakin bunun üçün müəyyən texniki biliklərə malik olmaq lazımdır. Hazırda ölkəmizdə həvəskar maynerlər kifayət qədərdir və həcmi az olsa da ev şəraitində mini mayninq fermalar qurmaqla kriptovalyuta “istehsal” edirlər.
Elnur Quliyev əlavə edib ki,bundan əlavə, zaman keçdikcə mayninq avadanlıqlarının texniki göstəricilərinə olan tələblər də artır. Bu faktor birbaşa həmin avadanlıqların qiymətinə də təsir edir.
O, eyni zamanda "Bir çoxları artıq kriptovalyutanı mayninq etməkdənsə onu birjadan almağı daha üstün tuturlar"- deyə qeyd edib.
Müəllif: Aynur Qəniyeva