Azərbaycanda nizamnamə kapitalı 35 milyon 350 manat olan “Fuzuli Airport” MMC dövlət qeydiyyatına alıb.
Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Fuzuli Airport” MMC-ni 2021-ci il yanvarın 28-də dövlət qeydiyyatına alınması barədə məlumatında bildirilir.
Qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci ilin yanvar ayında Füzuli şəhərində hava limanının təməlini qoyub. Uçuş-enmə zolağının uzunluğu 2,8 min metr olacaq hava limanının yazın əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulub