BİRJA

26 Fevral

Kriptovalyuta almaq üçün ən asan üsul hansıdır? - ELNUR QULİYEV AÇIQLAYIR 

Bitcoin və digər kriptovalyutaları almaq üçün hazırda bir neçə üsul var: kriptovalyuta birjaları, mübadilə servisləri, P2P və OTC platformalar.

Bunu “Blockchain Azərbaycan Mərkəzi”-nin həmtəsisçisi,Crypto Consulting şirkətinin rəhbəri Elnur Quliyev fins.az-a müsahibəsində deyib.

O bildirib ki, bunlar arasında ən sadə və rahat üsul mübadilə servisləridir. Mübadilə servisləri bir qayda olaraq bazar kapitalizasiyasına görə “Top 20”-də olan ən populyar kriptovalyuta və tokenlərin mübadiləsini təklif edirlər. Mübadilə servislərində əməliyyat aparmaq üçün qeydiyyatdan keçmək və ya hər hansı sənəd yükləmək tələb olunmur ki, bu da mübadilə prosesi zamanı istifadəçilərin işini daha da asanlaşdırır.

Elnur Quliyev mübadilə servisləri barədə açıqlama verərək "Hazırda 400-dən çox mübadilə servisləri var və onlar bir-birindən mübadilə olunan kriptovalyutaların sayı, komissiya haqqı, MasterCard/Visa kartları ilə mədaxil-məxaric imkanı, istifadə edilən elektron cüzdanların müxtəlifliyi ilə fərqlənirlər."-deyə qeyd edib. 

Müəllif:Aynur Qəniyeva