Microsoftun rəhbəri Bill Gates, kriptovalyutaları qiymətləndirərkən investorlara xəbərdarlıq edib.
Fins.az xəbər verir ki, Elon Musk-ın Bitcoinə investisiya qoymasına toxunan Qeyts, "Dünyanın ən varlı insanı deyilsinizsə, Bitcoin almamalısınız" deyib
Dünyadakı üçüncü varlı adam, Microsoft-un rəhbəri Bill Gates, Bitcoin fanatı olmadığını bildirib.
Bloomberg nəşrində fikirlərini açıqlayan Gates, Elon Musk-ın Bitcoin-ə 1,5 milyard dollarlıq sərmayəsini əsas gətirərək, "Elonun çox pulu var və çox yönlüdür. Bitkoinlərinin qalxıb-enməsi məni narahat etmir" deyib.
Bitcoin sərmayəçilərinin diqqətli olmaları lazım olduğunu bildirən Gates, "Elondan daha az pulunuz varsa, diqqətli olmalısınız" deyə qeyd edib.
1,5 milyard dollarlıq sərmayəsinə baxmayaraq Musk, Bitcoin-də həddindən artıq qiymətlərin olduğuna diqqət çəkdi və Gates və Warren Baffett və ABŞ Maliyyə Naziri Janet Yellen son zamanlarda Bitcoin-i tənqid edənlər arasında idi.
Bitcoin mövzusunda Yellen ayrıca "Bitcoin çox spekulyasiyalıdır, insanlar diqqətli olmalıdır, Bitcoin tez-tez qanunsuz maliyyələşdirmə üçün istifadə olunur, səmərəsizdir" ifadələrini istifadə edib.
Müəllif:Aynur Qəniyeva