Son gün ərzində bitkoinin enişindən istifadə etmək üçün 410 milyon dollar dəyərində alışlar həyata keçirilib.
Fins.az xəbər verir ki, bu alış qiymətlərin bahalaşmasına o qədər də təsir edə bilmir. Məlumata görə, son 24 saat ərzində 750 milyon dollarlıq satışlar həyata keçirildiyinə görə enişlər hələ də davam edir. Ekspertlərin fikrincə, bitkoin qiymətləri korreksiyadan sonra yenidən bahalaşa bilər.