BİRJA

24 Fevral

Petkim-in səhmləri neftin bahalaşması ilə rekord qırıb

Petkim səhmləri neft qiymətlərindəki yüksəlişlə tarixin ən yüksək səviyyəsinə çatıb.
Fins.az "bloomberg"-ə istinadən xəbər verir ki, türk neft-kimya istehsalçısı Petkim, 1995-ci ildə birjada satıldığı ilk gündən bəri ən yüksək qiyməti görüb. Artan neft qiymətlərinin şirkət səhmlərindəki artımı dəstəklədiyi düşünülür.

Şirkətin səhmləri saat 16:31-də  9,4 % bahalaşaraq 5,60 TL civarında olub və bu gün 1,5-dən aşağı olan BIST 100-də ən böyük artımı qeyd edib.

Oyak Qiymətli Kağızlar Araşdırma direktoru Umut Öztürk, "Şirkətlə bağlı başqa bir xəbər olmadığını nəzərə alaraq, neft qiymətlərindəki artımdan başqa bir səbəb görə bilmərəm" deyə qeyd edib.

Müəllif: Aynur Qəniyeva