Keçən həftələrdə sürətli bahalaşması ilə diqqəti çəkən Bitcoin, həftə sonu rekord qırdıqdan sonra bu həftə kəskin ucuzlaşıb.
Fins.az xəbər verir ki, bu gün Bitcoin 10%-dən çox uculaşıb. Ötən həftəsonu Bitcoin-in qiyməti 58 min dolları keçmişdi. Yeni həftənin ilk günündə Bitcoin-in qiyməti 48 min dollardan da aşağı düşüb.
Kriptovalyuta bazarında gəlinən səviyyələrin həddindən artıq olduğuna dair narahatlıqlar dilə gətirilməyə başlanmışdı. Bitcoin-ə 1,5 milyard dollarlıq sərmayəsilə qiymətlərin yuxarı çıxmasına dəstək verən Tesla-nın müdiri Elon Musk, bu səfər qiymətlərin olduqca yüksək göründüyünü ifadə edərək aşağı istiqamətli hərəkətə təməl istiqamətləndiricilərdən biri olub.
Musk-ın Twitter-də paylaşmaları ilə bazarda yaşanan spekulyativ hərəkətin tərsinə dönüb.
Bitcoin-in qiymətinin 146 min dollara yüksələcəyini proqnolaşdıran JPMorgan analitikləri də xəbərdarlıq etmişdi