BİRJA

22 Fevral

Mis qiyməti 9 min dolları keçdi

Mis qiymətləri artan tələbin mis çatışmazlığına səbəb olacağı gözləntiləri ilə qiymətlər 1 ton üçün 9000 dolları keçib. 
Fins.az xəbər verir ki, pandemiyadan sonra bərpa olunan qlobal iqtisadiyyatda tarixi mis kəsiri olacağı gözləntisi mis qiymətlərini dəstəkləyir.

Mis bu gün 3%-dən çox bahalaşıb . Metal qiymətləri böhrandan sonra tələbin təklifdən daha yüksək olacağı gözləntisindən dəstək alır.

Bu ayın əvvəlində, mis qiymətləri investorların daha çox təşviq gözləntiləri və Çində tələbin azaldığına dair narahatlıqlar səbəbiylə azalıb, ancaq Çin Yeni ili dövründə normal sənaye istehsalının daha yüksək olması qiymətlərin yenidən artmasına səbəb olub. 

3 aylıq mis müqaviləsi, 2011-ci ildən bəri London Metal Birjasında tonu 9,187 dollara çatdıqdan sonra 9,141.50 dollara da satılıb.

Nikelin qiyməti də 1 ton üçün 20 min dolları keçib.

Goldman Sachs Group, keçən həftə mislə əlaqəli mövqeyini qoruyub. Agentlik, Çinin bir həftədir davam edən Yeni il tətilindən qayıtmasının qiymətlərin yenidən yüksəlməsinə səbəb olduğunu bildirib. Bank yaxın bir neçə ayda son on ilin ən böyük mis kəsiri ilə qarşılaşa biləcəyi barədə xəbərdarlıq edib.

Müəllif: Aynur Qəniyeva