Qlobal sərmayə bankı Goldman Sachs, ABŞ-dakı soyuq hava dalğasının keçməsilə ortaya çıxan ziyan nəzərə alındıqda neft qiymətlərinin qarşıdakı aylarda 70 dolları keçə biləcəyini açıqlayıb.
Fins.az xəbər verir ki, həmçinin Goldman, artan tələbin "OPEC+"ın istehsalını aşması ilə neftin bahalaşamsının davam edəcəyini düşünür.
Neft istehsalının artırılıb artırılmayacağına dair qərarın veriləcəyi OPEC+ yığıncağı gələn həftə təşkil ediləcək. Nümayəndələrə görə, Səudiyyə Ərəbistanı hələ istehsalı sabit saxlamaq istəyir, Rusiya isə istehsalın artırılmasını dəstəkləyir.
Bazarların ABŞ-dakı emal gücü ilə əlaqədar daha dəqiq məlumatlar əldə etməsi və "OPEC+" yığıncağı ilə əlaqədar neft qiymətlərində gələn həftə daha çox oynaqlıq görüləcək.
Neft qiymətləri, Səudiyyə Ərəbistanının hasilatını əlavə azaltması ilə 20%-dən çox yüksəlmişdir.
Bakı vaxtı ilə saat 10:38-də Brent nefti 1,5% bahalaşama ilə 63,88 dollardan ticarət olunub.