İran OPEC + monitorinq komitəsinin 3 mart tarixində keçiriləcək növbəti iclasında iştirak edəcək.
Fins.az xəbər verir ki, Bloomberg, bu barədə bazar günü bir nümayəndəyə istinad edərək məlumat verib.
İran OPEC-in üzvüdür, lakin komitədə təmsil olunmur və OPEC + razılaşması çərçivəsində hasilatı azaltmaq öhdəliklərindən azaddır.
Qeyd edək ki, nazirlərin monitorinq komitəsinə müqavilədə iştirak edən 23 ölkədən səkkizi daxildir. 2020-ci ilin may ayından bəri neft hasilatını azaltmaq üçün müqavilənin icrasına nəzarət edən aylıq olaraq toplanır.