BİRJA

19 Fevral

Kriptovalyuta bumu: Bitcoin 1 milyon dollara çatacaqmı?

Bu həftə Bitcoin psixoloji əhəmiyyətli bir səddi qırdı və 50.000 dollara çatıb. 

Morgan Creek Digital Assets-in həmtəsisçisi və səhmdarı Anthony Pomplianoya bildirib ki, bu onilliyin sonunda kriptovalyutanın 500.000, hətta uzunmüddətli dövrdə 1 milyon dollara çatma potensialı var.

Bu yalnız bir fərziyyə olsa da, eyniylə  JP Morganın proqnozuna görə, pandemiyanın  yaratdığı tənəzzüldən sonra dünya iqtisadiyyatının bərpası ən vacib şərtdir. Kriptovalyutaların daha da böyüməsinə maneə ola biləcək ciddi bir risk, ən etibarlı aktivlkərdən biri olan bitkoinə pərakəndə satış axını bitdiyi zaman dünya iqtisadiyyatının böhrandan çıxmasıdır.

Kriptovalyutalardakı artımın arxasında bir neçə amil dayanır. Bunlardan ən vaciblərindən biri, institusional və pərakəndə investorlar tərəfindən bitcoinin cəlb olunması və qəbul edilməsi dərəcəsidir. Böyük şirkətlər zaman keçdikcə kripto valyuta əməliyyatlarında iştirak edirlər. Məsələn, Square keçən il bitkoinlər qazanıb və elektrikli nəqliyyat vasitələri istehsalçısı Tesla, təxminən 1,5 milyard dollar dəyərində bitcoin alıb. Squarenin qurucusu Jack Dorsey, bitcoinə sərmaye qoymağın tərəfdarlarıdır.

Bitkoin üçün ehtimal olunan bir risk, hazırda dünyanın mərkəzi banklarının pul və vergi siyasətlərini yumşaltması, xüsusən də kəmiyyət faizini azaltmaq proqramı çərçivəsində kredit faizlərini azaltmaq və aktivləri satın alması ola bilər. Bu, koronavirus pandmiyasının vurduğu iqtisadi bərpa yükünü yüngülləşdirməlidir. İnflyasiyadan qorunmaq üçün həm fərdlər, həm də maliyyə qurumları alıcılıq qabiliyyətlərini qorumağın ən yaxşı yolunu axtarırlar. 

Müəllif: Aynur Qəniyeva