2020-ci ildə ölkədə 7190,0 milyon manat dəyərində Mərkəzi Bankın notları, 2925,0 milyon manat dəyərində dövlət istiqrazları, 1291,2 milyon manat dəyərində korporativ istiqrazları, 765,5 milyon manat dəyərində səhmlər dövlət qeydiyyatına alınıb
Fins.az xəbər verir ki, bu dövr ərzində Bakı Fond Birjasında keçirilmiş hərraclarda 6447,3 milyon manatlıq Mərkəzi Bankın notları, 1163,2 milyon manatlıq dövlət istiqrazları, 1070,2 milyon manatlıq korporativ istiqrazları və 365,4 milyon manatlıq səhmlər yerləşdirilib.
Müəllif:Aynur Qəniyeva