BİRJA

15 Fevral

Asiya birjaları həftəyə müsbət göstəricilərlə başlayıb

Bazar ertəsi günü ticarətdə Asiya səhmləri bahalaşıb. Koronavirusa yoluxma hallarının azalması və Yaponiyada böyümənin yaxşılaşmasına işarə etdi.
Asiya səhmləri yeni həftəyə müsbət tendensiya ilə başlayıb. Koronavirus pandemiyasındakı azalma, səhmlərin müsbət yüksəlişinə təsirli olub.

Cənubi Koreya və Yaponiya səhmləri yaxşı nəticə göstərib. Nikkei 225 1990-dan bəri ilk dəfə 30.000-i keçib.

Yaponiya iqtisadiyyatındakı ikiqat artım iqtisadiyyatdakı dayanıqlığın göstəricisi olub. Ölkədəki ümumi daxili məhsul, əvvəlki rüblə müqayisədə dekabr ayında bitən rübdə illik bazdaa 12,7% artıb.Böyümə məlumatları gözləntilərdən artıq olub

İndeks Xülasələri

Topix indeksi 0,7 % artıb.

Nikkei 225 isə 1,2% artıb
Kospi indeksi 5% artıb
* Avstraliyanın S P / ASX 200 indeksi 0,9 % artıb.

 

Müəllif:Aynur Qəniyeva