BİRJA

12 Fevral

Azərbaycanda bu investisiya şirkətinin birja üzvlüyünə xitam verildi

“Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin “Bakı Fond Birjası” QSC-də üzvlüyünə xitam verilib.

BFB-dən  fins.az-a bildirilib ki, “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin müraciəti əsasında Bakı Fond Birjasının üzvlük komissiyası qeyd olunan investisiya şirkətinin birja üzvlüyündən çıxarılması ilə bağlı qərar verib.

Xatırladaq ki, “Plato Capital and Co.” 2002-ci ildə "Texnika Kapital Menecment" adı ilə yaradılıb, 2015-ci ildə adını "Kapital Menecment"ə, 2018-ci ildə isə "Plato Menecment"ə dəyişib. Onun nizamnamə kapitalı 680 min manatdır. İnvestisiya şirkətinin səhmlərinin 99%-i Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkətinə, 1%-i isə Birləşmiş Ərəb Əmirliklərinin “Fubies Bia Investments Lımıted” investisiya şirkətinə məxsusdur. 

“Plato Capital and Co. İnvestisiya Şirkəti” QSC 2019-cu ili 94 min manat xalis zərərlə başa vurub. Bu, 2018-ci illə müqayisədə 10,4% azdır.