Azərbaycanda ilk dəfə olaraq AzFinance investisiya şirkətinin müştəriləri müstəsna bir fürsət – beynəlxalq IPO-larda iştiraka birbaşa çıxış əldə ediblər.
IPO ( Initial Public Offering) hər kəsin ən nüfuzlu beynəlxalq şirkətlərdə səhm sahibi olmasına imkan yaradan səhmlərin ilkin kütləvi təklif prosesidir. IPO-lar şirkətlər tərəfindən kapital, yeni investorlar cəlb etmək, şirkətin dəqiq qiymətləndirilməsi və fəaliyyətinə diqqət çəkmək üçün həyata keçirilir.
IPO-ya qoyulan investisiyalar yüksək gəlirlik imkanı yaradan, investorları özünə cəlb edən pul qazanmaq üçün sərfəli bir istiqamətdir. Bu, investor üçün ciddi tələblər qoyulmadan müxtəlif şirkətlərin səhmlərinin portfelini formalaşdırmağa imkan verən universal bir vasitədir.
AzFinance xarici bazarlara çıxışı mümkün qədər əlçatan və rahat etmişdir.
Amerika fond bazarı ilə yanaşı Avropa birjalarında da minimal komissiya xərcləri ilə ticarət həyata keçiriləcəkdir.
Aparıcı şirkətlərin IPO-larına investisiya qoymağa başlamaq üçün investisiya hesabı açmaq kifayətdir.
AzFinance yerli bazarda fəaliyyət göstərən, müştərilərinə qlobal məhsullara və bazarlara çıxış imkanı verən şirkətlər üçün etibarlı bir tərəfdaşdır.
AzFinance kapitalına, illik dövrüyyəsinin həcminə, korporativ müştərilərinin sayına, işçilərinin sayına və təcrübəsinə görə ön yerlərdədir. Şirkət kapital bazarında investisiya etmək və vəsait cəlb etmək istəyənlər üçün ən yüksək şərait yaratmışdır.
Azərbaycanda Bakı Fond Birjasının, Mərkəzi Depozitarinin, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının və Listinq Məsləhət Proqramının üzvüdür, bütün genişmiqyaslı mübadilə platformalarına çıxışı var. Şirkətin məqsədi Azərbaycanda maliyyə bazarının inkişafına dəstək vermək, yeni müştərilər üçün risk etmədən investisiya qoymaq imkanı yaratmaqdır.

Bu fürsətdən faydalanmaq istəyən şəxslər aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər. +994012 310 33 22,