BİRJA

11 Fevral

Neft nisbətən UCUZLAŞIB

London ICE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti cümə axşamı səhər 9: 10-a qədər 61,12 dollar / barel təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanışındakı qiymətdən 0,35 dollar (0,57%) azdır.

Fins.az xəbər verir ki, 10 fevral tarixli ticarət nəticəsində bu müqavilələr 0,38 dollar (0,6%) artaraq barel üçün 61,47 dollara yüksəlmişdi. 

WTI xam neftinin mart ayı üçün Nyu-York Ticarət Birjasında (NYMEX) elektron ticarətində fyuçerslərin qiyməti bu vaxta qədər 58,36 dollar / barel təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanışındakı səviyyədən 0,32 dollar (0,55%) azdır. Çərşənbə günü fyuçerslər 0,32 dollar (0,6%) bahalaşaraq 58,68 dollar / barelə yüksəlib.