“Bakı Fond Birjası” QSC-nin (BFB) dayanıqlı inkişafını təmin etmək məqsədi ilə səhmdarların növbədənkənar ümumi yığıncağının qərarı əsasında BFB-nin səhmlərinin nominal dəyəri bölüşdürülməmiş mənfəət hesabına 200 manatdan 800 manata qaldırılıb.
Fins.az məlumatına görə, bu barədə BFB-nin açıqlamasında deyilir.
Qeyd olunur ki, səhmlərin nominal dəyərinin artması nəticəsində, BFB-nin nizamnamə kapitalının dəyəri dörd dəfə artırılıb – 1,260 mln. manatdan 5,040 mln. manatadək.