BİRJA

09 Fevral

Avropa və ABŞ fond bazarlarının indeks göstəriciləri

Wall Street indeksləri, ABŞ-ın stimul paketi ilə bağlı nikbinlik və ölkədəki artımların yavaşlaması ilə idarə olunan avqust ayından bəri ən uzun artım seriyasına imza atdı. İndekslər ardıcıl 6 gündür artarkən, SP 500 yüzdə 0,7 nisbətində artımla rekord qırdı.

Fins.az xəbər verir ki, ABŞ-da bazarlarda inflyasiya gözləntisi 2013-cü ildən bəri ən yüksək həddə çatıb. Həftənin əvvəlində, 10 illik istiqrazın və eyni ödəmə müddətli inflyasiya indeksli istiqrazın satışa çıxarılması, 2,216%, 2014-cü ildən bəri ən yüksək səviyyəni göstərib. 30 illik ABŞ istiqrazlarının gəlirliliyi müvəqqəti olaraq 2%-i ilk dəfə keçdi. Ölkədəki gəlir əyrisi 2015-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

Avropada gələcək inflyasiya üçün svop bazar göstəricisi 2019-cu ildən bəri ən yüksək səviyyəyə yaxınlaşıb. ABŞ və Avropadakı birja indeksləri son dövrdə rekordlar qırarkən, iqtisadi dirçəlişlə tələbi artıracağı gözlənilən Brent neftinin barreli bazar ertəsi günü  1%-dən çox artıb. 

Müəllif: Aynur Qəniyeva