Bitkoin qiymətləri rekord artdı. Bitkoin kriptovalyutası, bazar ertəsi gününün qeyri müəyyənliyi fonunda 20% qazanıb.
Fins.az xəbər verir ki, Tesla-nın Amerika kapital bazarları tənzimləyicisinə (SEC) 1,5 milyard dollar Bitkoin aldığını bildirməsindən sonra Bitkoin qiymətləri dünən rekord həddə artaraq 47.000 dolları keçdi. Kiçik bir enişdən sonra yenidən yüksələn kripto valyuta, 08:02-də 47,014 dollar civarında ticarət edilir.